8 iyun 2026. Bazar ertəsi

Kişi tennisçilərdən ibarət Azərbaycan milli komandası "Davis Cup"da çıxış edəcək


  • Offside
  • 15:53 08.06.2026
  • Oxunma sayı: 42
Kişi tennisçilərdən ibarət Azərbaycan milli komandası "Davis Cup"da çıxış edəcək

Azərbaycanın kişi tennisçilərdən ibarət milli komandası "Davis Cup" turnirində iştirak edəcək.

Azərbaycan Tennis Federasiyasından (ATF) 90deqiqe.Az-a verilən məlumata görə, komanda yarışda iştirak etmək üçün Moldovaya yola düşüb.

Yığma turnirdə ATF-nin vitse-prezidenti Orxan Manaflı və koordinator Yalçın Manaflının rəhbərliyi altında çıxış edəcək. Komandanın heyətində Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov yer alıblar.

Qeyd edək ki, Azərbaycan millisinin çıxış edəcəyi "Davis Cup"ın III qrup oyunları iyunun 10–13-də Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.







Offside