8 iyun 2026. Bazar ertəsi

Çövkən üzrə II Dünya Çempionatında Küveyt yığması ilk qələbəsini qazanıb


  • Offside
  • 18:47 08.06.2026
  • Oxunma sayı: 35
Çövkən üzrə II Dünya Çempionatında Küveyt yığması ilk qələbəsini qazanıb

Bakıda keçirilən çövkən üzrə II Dünya Çempionatında növbəti oyun baş tutub.

Bu barədə 90deqiqe.Az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Turnir çərçivəsində Qazaxıstan və Küveyt milli komandaları üz-üzə gəlib.

Görüşdə daha üstün oyun nümayiş etdirən Küveyt yığması rəqibini 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, Küveyt milli komandası mundialda ilk qələbəsini qazanaraq turnirdəki çıxışına uğurla davam edib.







Offside