9 iyun 2026. Çərşənbə axşamı

Sərbəst güləşdə yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb


  • Offside
  • 22:23 08.06.2026
  • Oxunma sayı: 38
Sərbəst güləşdə yaş qrupları üzrə milli komandaların tərkibi yenidən formalaşıb

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb.

90deqiqe.Az xəbər verir ki, Arif Abdullayev böyüklərdən ibarət milli komandanın məşqçilər heyətinə cəlb edilib.

U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Əşrəf Əliyev təyin olunub. Rövşən Hacıyev və Nazim Əlicanovla yanaşı, Əsgərxan Novruzov da komandada köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 yığmanın böyük məşqçisi vəzifəsi Hacı Əliyevə həvalə edilib. Məşqçilər heyətində Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də yer alıb.

U-15 seçməsində böyük məşqçi vəzifəsini isə Emin Əzizov icra edəcək. Bu komandada digər məşqçilər Elşad Allahverdiyev və Əliabbas Rzazadə olacaq. Abil İbrahimov isə məşvərətçi-məşqçi statusu ilə milli komandaya dəstək verəcək.







Offside