9 iyun 2026. Çərşənbə axşamı

UFC turnirinin növbəti ünvanı Paris oldu


  • Offside
  • 22:57 08.06.2026
  • Oxunma sayı: 40
UFC turnirinin növbəti ünvanı Paris oldu

Sentyabrın 5-də Fransanın paytaxtı Parisdə UFC (Ultimate Fighting Championship) turniri baş tutacaq.

90deqiqe.Az-ın məlumata görə, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, UFC turniri 2022-ci ildən etibarən hər il sentyabr ayında Parisdə təşkil olunur.

Xatırladaq ki, ötən il Fransada keçirilən UFC Fight Night 258 turniri 6 sentyabr tarixində baş tutub. Həmin gecənin əsas döyüşündə Fransa təmsilçisi, dağıstan əsilli Nəsrudin İmavov braziliyalı Kayu Borralyo ilə qarşılaşıb və döyüş bütün raundlar davam edib. Hakimlərin yekdil qərarı ilə qalib gələn İmavov ardıcıl beşinci qələbəsini qazanıb.

Qeyd edək ki, UFC Paris turniri son illərdə ənənəvi olaraq böyük maraqla qarşılanır.







Offside