9 iyun 2026. Çərşənbə axşamı

Azərbaycanın iki avarçəkəni Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcək


  • Offside
  • 10:57 09.06.2026
  • Oxunma sayı: 29
Azərbaycanın iki avarçəkəni Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcək

Azərbaycanın akademik avarçəkmə üzrə milli komandasının üzvləri Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Dünya Kubokunun ikinci mərhələsində mübarizəyə qoşulacaqlar.

90deqiqe.Az Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi iki idmançı – Ziya Məmmədzadə və Nurlan Paşayev təmsil edəcək.

Beynəlxalq turnirdə dünyanın müxtəlif ölkələrindən güclü avarçəkənlərin iştirakı gözlənilir. Azərbaycan təmsilçiləri də nüfuzlu yarışda uğurlu çıxış etməyə çalışacaqlar.

Qeyd edək ki, akademik avarçəkmə üzrə Dünya Kubokunun ikinci mərhələsi iyunun 12-14-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək.







Offside