9 iyun 2026. Çərşənbə axşamı

MOK ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb


  • Offside
  • 12:58 09.06.2026
  • Oxunma sayı: 26
MOK ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Milli Olimpiya Komitəsi (MOK) ilə “Visa” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

90deqiqe.Az-ın məlumata görə, saziş “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” çərçivəsində keçirilən mərasimdə rəsmiləşdirilib. Müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Visa”nın Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev imzalayıblar.

Tədbirdə tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri, birgə layihələrin həyata keçirilməsi və idman hərəkatının dəstəklənməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, yeni müqavilə MOK ilə “Visa” arasında tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsinə töhfə verəcək.

Mərasimdə çıxış edən Çingiz Hüseynzadə qeyd edib ki, MOK ilə “Visa” arasında əməkdaşlıq 2023-cü ildən davam edir. O, Azərbaycan idmanının son illərdə əldə etdiyi uğurları da diqqətə çatdırıb:

“Bunun nəticəsi olaraq minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatının qalibi oldu. Həmçinin qadınlardan ibarət 3x3 basketbol millimiz dünyada dördüncü yeri tutdu. Ümid edirəm ki, “Visa” ilə əməkdaşlığımız “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına qədər davam edəcək”.

Qeyd edək ki, tərəflər arasında imzalanan sənəd idmanın inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi və Olimpiya hərəkatının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.







Offside