9 iyun 2026. Çərşənbə axşamı

Dünya çempionatında Azərbaycanı iki hakim təmsil edəcək


  • Offside
  • 16:33 09.06.2026
  • Oxunma sayı: 34
Dünya çempionatında Azərbaycanı iki hakim təmsil edəcək

Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatında iştirak edəcək hakimləri müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda 46 ölkədən 71 referi ədaləti qoruyacaq.

Onlar arasında azərbaycanlı hakimlər də yer alacaq. I-S dərəcəli referilər - Asif Şirəliyev və Sədi Quliyev məsul yarışda ölkəmizi təmsil edəcəklər.







Offside