9 iyun 2026. Çərşənbə axşamı

Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrespublika seminarı təşkil edilib


  • Offside
  • 17:06 09.06.2026
  • Oxunma sayı: 45
Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrespublika seminarı təşkil edilib

 Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrespublika seminarı keçirilib.

İctimai Birlikdən 90deqiqe.Az-verilən məlumata görə, tədbirdə Bakı şəhəri və regionlarda fəaliyyət göstərən müxtəlif klub və filiallardan idmançılar iştirak ediblər.

Seminar Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə təşkil olunub. O, tədbirin məqsədi, ümumi gedişatı və iştirak edən idmançılar barədə məlumat verib.

Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin prezidenti Aqil Acalov isə çıxışında silsilə tədbirlərin tarixi günlərə həsr olunmasının əhəmiyyətini vurğulayıb, həmçinin Silahlı Qüvvələr Günü ilə bağlı fikirlərini bölüşüb. O, eyni zamanda milli komandanın Avropa çempionatında 4-cü yeri tutması münasibətilə idmançıları təbrik edib.

Seminar Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Daha sonra idmançılar Taleh Həsənov tərəfindən attestasiyadan keçirilib və müxtəlif kəmər dərəcələri ilə təltif olunublar.

Sonda iştirakçılara yeni kəmər dərəcələri təqdim edilib və seminar yekunlaşıb.

 

 







Offside