- Offside
- 21:00 09.06.2026
Azərbaycanlı beynəlxalq dərəcəli boks hakimi Anar Babanlı hakimlər üzrə ekspert imtahanını uğurla tamamlayıb.
Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, o, bu nailiyyətə Tailandın paytaxtı Banqkokda gənclər arasında keçirilən Olimpiya Təsnifat Kuboku zamanı imza atıb.
“World Boxing” tərəfindən təşkil olunan lisenziya xarakterli yarış çərçivəsində nəzəri və praktiki hazırlıq mərhələlərində iştirak edən Anar Babanlı imtahandan müvəffəqiyyətlə keçərək hakimlərin işini qiymətləndirəcək ekspert statusu qazanıb. Bu göstərici Azərbaycan boks tarixi üçün ilk hesab olunur.
Qeyd edək ki, Anar Babanlı “Tokio-2020” Yay Olimpiya Oyunları da daxil olmaqla, iki dünya çempionatında, eləcə də 10-dan çox Avropa və Asiya birinciliklərində referilik edib.