- Offside
- 21:00 09.06.2026
Bakıda keçirilən çövkən üzrə dünya çempionatında Azərbaycan milli komandası növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumata görə, komandamız Çili yığması ilə qarşılaşıb. Görüş boyunca tərəflər qol sevinci yaşaya bilməyiblər və matç 0:0 hesabı ilə başa çatıb. Nəticədə hər iki komanda turnir cədvəlində aktivinə 1 xal yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi mundiala uğurlu start vermişdi. Komandamız ilk turda Özbəkistan yığmasını 4:2 hesabı ilə məğlub etmişdi.