- Offside
- 21:00 09.06.2026
Bakıda keçirilən çövkən üzrə 2-ci dünya çempionatında növbəti oyun baş tutub.
90deqiqe.Az-ın məlumata görə, iyunun 9-da keçirilən qarşılaşmada Niger və Polşa milli komandaları üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Niger yığması rəqibi üzərində 4:0 hesablı inamlı qələbə qazanıb.
Bu nəticə ilə Niger millisi turnirdə ilk qələbəsini əldə edib.