12 iyun 2026. Cümə

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar


  • Offside
  • 13:58 10.06.2026
  • Oxunma sayı: 18
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycan şahmatçıları Gürcüstanın Batumi şəhərində keçiriləcək 8, 10 və 12 yaşlılar arasında Dünya Kubokunda iştirak edəcəklər.

Şahmat Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda ölkəmizi Ziya Qubatov, Nurlan Qənizadə, Səfa Hümmətov, Attila Orman, Aminə Amanzadə, Nurcan Tahirova, Mehriban Əhmədli və Sadəgül Əfəndi təmsil edəcəklər.

Gənc şahmatçıların qatılacağı nüfuzlu beynəlxalq turnir iyunun 15-dən 28-dək davam edəcək. Yarışda dünyanın müxtəlif ölkələrindən yüzlərlə istedadlı şahmatçının iştirak etməsi gözlənilir.

Qeyd edək ki, Dünya Kuboku yeniyetmə şahmatçıların beynəlxalq təcrübə qazanması və reytinq göstəricilərini yaxşılaşdırması baxımından mühüm əhəmiyyət daşıyır.

 







Offside