12 iyun 2026. Cümə

Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək


  • Offside
  • 13:43 10.06.2026
  • Oxunma sayı: 12
Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək

İyunun 13–14-də Sumqayıt şəhərində U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Abşeron–Xızı region birincilikləri təşkil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirdə ümumilikdə 406 cüdoçu tatami üzərinə çıxaraq medallar uğrunda mübarizə aparacaq.

Yarışların əsas məqsədi yeniyetmə cüdoçuların geniş bazasının formalaşdırılması, həmçinin kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıların müəyyənləşdirilməsidir.

Qeyd edək ki, U-17 kateqoriyasında əldə olunacaq nəticələr eyni zamanda milli komandanın heyətinə seçimdə mühüm rol oynayacaq və idmançılara reytinq xalları qazandıracaq.







Offside