- Offside
- 21:25 11.06.2026
Azərbaycanın şito-ryu karate üslubu üzrə yığma komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurlu nəticə əldə edib.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, 10 idmançıdan ibarət milli komanda yarışda baş məşqçi Bahadur Əhmədovun rəhbərliyi altında mübarizə aparıb və ümumilikdə 8 medal qazanıb.
10–11 yaş kateqoriyasında çıxış edən Mehdi Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. Eyni zamanda kişilər arasında Tuncay Hüseynov və 14–15 yaş qrupunda mübarizə aparan Məsumə Məmmədli də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
12–13 yaş kateqoriyasında Kənan Məmmədli və kişilər arasında çıxış edən Pərviz Bəşirli gümüş medal əldə ediblər.
Bürünc medallara isə Sübhan Əliyev (12–13 yaş), Telman Səfərli (10–11 yaş) və Ömər Hüseyn (6–7 yaş) sahib çıxıblar.
Qeyd edək ki, bu nəticə Azərbaycan şito-ryu karateçilərinin Avropa miqyasında uğurlu çıxışını bir daha təsdiqləyib.