- Offside
- 21:25 11.06.2026
Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində keçiriləcək optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.
Azərbaycan Su İdman Növləri Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizi Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli təmsil edəcəklər.
Gənc idmançıların qatılacağı nüfuzlu beynəlxalq turnir iyunun 18-dən 28-dək davam edəcək. Yarışda müxtəlif ölkələrdən ən güclü gənc yelkənçilərin mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, optimist sinfi üzrə dünya çempionatı yeniyetmə yelkənçilərin beynəlxalq təcrübə qazanması baxımından mühüm əhəmiyyət daşıyır.