- Offside
- 21:25 11.06.2026
Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Özbəkistan və Qazaxıstan milli komandaları üz-üzə gəlib.
Dövlət Sərhəd Xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yüksək rəqabət və qarşılıqlı mübarizə şəraitində keçən qarşılaşmada hər iki komanda etibarlı oyun nümayiş etdirib.
Tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb və oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, komandalar turnir cədvəlində hərəyə 1 xal əldə ediblər.