11 iyun 2026. Cümə axşamı

FIFA-dan mühüm qərar - Futbolçular transferdən pay alacaqlar


  • Offside
  • 11:48 11.06.2026
  • Oxunma sayı: 41
FIFA-dan mühüm qərar  - Futbolçular transferdən pay alacaqlar

FIFA beynəlxalq transferlərlə bağlı yeni qaydaları təsdiqləyib.

90deqiqe.Az xəbər verir ki, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və futbolçuların hüquqlarının qorunması, eləcə də müqavilə öhdəliklərinin pozulması hallarında kompensasiyanın hesablanması mexanizmini əhatə edəcək.

Yeni qaydalara əsasən, müqavilənin pozulması nəticəsində zərər çəkən tərəf tam həcmdə kompensasiya almaq hüququ qazanacaq. Həm klublar, həm də futbolçular üçün ödəniləcək məbləğ obyektiv və şəffaf meyarlar əsasında müəyyən ediləcək.

FIFA-nın təsdiqlədiyi yeniliklərdən biri də beynəlxalq transferlər zamanı futbolçuların transfer məbləğindən pay almasıdır. Belə ki, oyunçular transfer dəyərinin 5 faizini əldə edə biləcəklər. İllik sabit gəliri 150 min avrodan aşağı olan futbolçular üçün isə bu ödəniş məcburi xarakter daşıyacaq.

Qeyd edək ki, yeni qaydalar FIFA, FIFPro, UEFA, ECA və WLA arasında aparılan danışıqların nəticəsində hazırlanıb. Bu dəyişikliklərin futbol bazarında daha balanslı və şəffaf münasibətlərin formalaşmasına töhfə verəcəyi gözlənilir.







Offside