11 iyun 2026. Cümə axşamı

Atletika üzrə Azərbaycan çempionatı start götürür


  • Offside
  • 14:15 11.06.2026
  • Oxunma sayı: 32
Atletika üzrə Azərbaycan çempionatı start götürür

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, yarışlar Azərbaycan İdman Akademiyasının (AİA) stadionunda və AAF-ın atma növləri üzrə bazasında təşkil olunacaq.

İki gün davam edəcək ölkə çempionatında milli komandanın aparıcı üzvləri də daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ən güclü atletlər qüvvələrini sınayacaqlar.

Yarış beynəlxalq arenada keçiriləcək nüfuzlu turnirlərə seçim baxımından da mühüm əhəmiyyət daşıyır. Atletlər həm ölkə çempionluğu, həm də milli komandanın heyətində yer almaq uğrunda mübarizə aparacaqlar.

Çempionatın ilk günü - iyunun 12-də saat 16:30-da AİA-nın stadionunda müxtəlif atletika növləri üzrə yarışlar keçiriləcək. Ardınca isə yarışın rəsmi açılış mərasimi təşkil olunacaq.







Offside