11 iyun 2026. Cümə axşamı

Azərbaycanlı mütəxəssisə Avropa Voleybol Konfederasiyasından təyinat


  • Offside
  • 17:15 11.06.2026
  • Oxunma sayı: 36
Azərbaycanlı mütəxəssisə Avropa Voleybol Konfederasiyasından təyinat

Azərbaycan Voleybol Federasiyasının (AVF) nümayəndəsi Nərgiz İsmayılova növbəti beynəlxalq təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, AVF-nin Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin edilib.

Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, Nərgiz İsmayılova iyunun 12-14-də Yunanıstanın Saloniki şəhərində, iyunun 19-21-də isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer funksiyasını yerinə yetirəcək.

Salonikidə təşkil olunacaq oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar. Tallində keçiriləcək görüşlərdə isə Latviya, Yunanıstan və Estoniya yığmaları qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu təyinat Azərbaycan voleybolunun beynəlxalq arenadakı nüfuzunun göstəricilərindən biri hesab olunur. Nərgiz İsmayılova daha əvvəl də müxtəlif beynəlxalq yarışlarda təşkilati və nəzarət funksiyalarını uğurla icra edib.







Offside