- Offside
- 21:25 11.06.2026
17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandalarının 2026/2027-ci illər mövsümü üzrə Avropa çempionatının I mərhələsindəki rəqibləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Püşkatmanın nəticələrinə əsasən, B Liqasının 1-ci qrupunda çıxış edəcək U-17 milli komandası İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 3-cü qrupunda yer alan U-19 millisi isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşmalar bu ilin payızında keçiriləcək. Oyunların dəqiq məkanı və tarixləri ilə bağlı əlavə məlumat daha sonra açıqlanacaq.