1 avqust 2026. Şənbə

AAF daha iki idman məktəbini ştanq avadanlıqları ilə təmin edib


  • Offside
  • 19:17 11.06.2026
  • Oxunma sayı: 107
AAF daha iki idman məktəbini ştanq avadanlıqları ilə təmin edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyası (AAF) idman infrastrukturunun gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 90deqiqe.Az xəbər verir ki, federasiyaya müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunurlar.

AAF-dan verilən məlumata əsasən, bu dəfə daha iki idman məktəbinə yeni avadanlıqlar təqdim edilib.

Belə ki, ştanq dəstləri “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinə və Bakı şəhərində yerləşən 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.

Qeyd edək ki, layihə ölkədə ağırlıqqaldırma idman növünün inkişafı, maddi-texniki bazanın gücləndirilməsi və gənc idmançıların hazırlanmasına dəstək məqsədi daşıyır.







Offside