- Offside
- 21:25 11.06.2026
“Şəfa” futbol klubu yeni loqosunu təqdim edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klubdan bildirilib ki, “bir klub, bir şəhər, bir tarix və bir ailə” devizi ilə hazırlanan yeni loqo “Şəfa”nın keçmişini, bu gününü və gələcəyini birləşdirən simvolik elementlərdən ibarətdir.
Loqonun əsas hissələrindən biri olan qala Bakının tarixi rəmzi hesab edilən İçərişəhər-i təcəssüm etdirir. Ulduz isə 2000/2001 mövsümündə qazanılan Azərbaycan Kubokunu simvolizə edir və klubun gələcəyə inamını, işığını və mənəvi yüksəlişini ifadə edir.
Loqoda yer alan alov elementi Azərbaycan Dövlət Gerbindən ilhamlanaraq “Odlar Yurdu”nun tükənməz enerjisini, tərəqqi və inkişafı əks etdirir. 1998 rəqəmi isə klubun təsis olunduğu ili göstərir.
Rəng palitrasında mavi rəng Xəzər dənizini simvolizə edərək güvən, peşəkarlıq və azadlığı ifadə edir. Ağ rəng isə saflıq, ədalət və yeni başlanğıcların rəmzi kimi təqdim olunub.