- Offside
- 21:25 11.06.2026
Stolüstü tennis üzrə Həvəskar və veteran Liqasında V – yubiley turniri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə təşkil olunan yarışa yekun vurulub.
Final qarşılaşmalarında “Xəzər-Şüa” komandası “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Bürünc medal uğrunda görüşdə isə “Zəfər” komandası “Aquasport” üzərində 5:2 hesablı qələbə qazanaraq üçüncü yeri təmin edib.
Yarışın sonunda fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.