12 iyun 2026. Cümə

Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək


  • Offside
  • 21:25 11.06.2026
  • Oxunma sayı: 40
Sumqayıtda 3x3 basketbol üzrə beynəlxalq turnir keçiriləcək

Sumqayıt şəhəri növbəti dəfə beynəlxalq basketbol yarışına ev sahibliyi edəcək.

 90deqiqe.Az xəbər verir ki, 3x3 basketbol üzrə “Women’s Series” beynəlxalq turniri iyunun 20–21-də Sumqayıt Bulvarında təşkil olunacaq.

Azərbaycan Basketbol Federasiyasının məlumatına görə, yarışda ölkəmizi qadınlardan ibarət milli komanda və “Neftçi SOCAR” təmsil edəcək.

Turnirdə ümumilikdə bir sıra ölkələrin güclü komandaları mübarizə aparacaq. Onların sırasında Almaniya, Çin, Avstraliya, Avstriya, Ukrayna, Yaponiya, Çili, Slovakiya, Tailand, Misir, Sloveniya, Litva və Paraqvay yığmaları yer alır. Bundan əlavə, Çini təmsil edən “Yanjing” komandası da turnirdə çıxış edəcək.

Qeyd edək ki, “Women’s Series” beynəlxalq seriya turniri 3x3 basketbolun ən nüfuzlu yarışlarından biri hesab olunur və Sumqayıtda keçiriləcək mərhələ yüksək rəqabət vəd edir.







Offside