13 iyun 2026. Şənbə

SOCAR prezidenti dünya çempionu olan minifutbol komandası ilə görüşdü


  • Offside
  • 11:45 12.06.2026
  • Oxunma sayı: 50
SOCAR prezidenti dünya çempionu olan minifutbol komandası ilə görüşdü

SOCAR-ın prezidenti Rövşən Nəcəf Mərakeş Krallığının Kasablanka şəhərində keçirilən III Dünya Korporativ Oyunlarında tarixi nəticəyə imza ataraq çempionluq qazanan SOCAR-ın minifutbol komandası ilə görüş keçirib.

90deqiqe.Az xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf komanda üzvlərini əldə olunan möhtəşəm uğur münasibətilə təbrik edib, onların beynəlxalq arenada Azərbaycanı və SOCAR-ı yüksək səviyyədə təmsil etdiklərini bildirib.

Qeyd olunub ki, 54 komandanın mübarizə apardığı nüfuzlu turnirdə bütün oyunları məğlubiyyətsiz başa vuran SOCAR kollektivi Dünya Korporativ Oyunlarının vahid liqa formatında qalibi olaraq tarix yazıb. Komanda bununla da sözügedən yarışın çempionu olan ilk Azərbaycan təmsilçisi kimi adını idman tarixinə həkk edib.

Rövşən Nəcəf komandanın əldə etdiyi nəticəni yüksək qiymətləndirərək vurğulayıb ki, bu uğur peşəkarlığın, intizamlı oyunun, əzmkarlığın və güclü komanda ruhunun məntiqi nəticəsidir.

SOCAR prezidenti gələcək yarışlarda da komandanın yeni nailiyyətlər qazanacağına əminliyini ifadə edib və idmançılara uğurlar arzulayıb.







Offside