- Offside
- 23:40 12.06.2026
Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada keçirilən Avropa çempionatında qızıl medal qazanaraq ölkəmizə növbəti uğur sevincini yaşadıb.
90deqiqe.Az xəbər verir ki, Portuqaliyanın Montemor-u-Velyu şəhərində təşkil olunan yarışda Azərbaycan təmsilçisi Masters kateqoriyasında (35–39 yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Boqdan Kurudz birnəfərlik kanoe qayığında 500 metr məsafəyə keçirilən yarışda bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adına layiq görülüb.
Təcrübəli idmançı göstərdiyi yüksək nəticə ilə Azərbaycanın su idmanı növlərində beynəlxalq arenadakı uğurlarına daha bir qızıl səhifə əlavə edib.
Qeyd edək ki, Boqdan Kurudz qitə birinciliyində çıxışını davam etdirəcək. O, iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda da qüvvəsini sınayacaq.