13 iyun 2026. Şənbə

"Gəncə" serbiyalı voleybolçu ilə gücləndi


  • Offside
  • 15:09 12.06.2026
  • Oxunma sayı: 38
"Gəncə" serbiyalı voleybolçu ilə gücləndi

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Gəncə" voleybol klubu heyətinə yeni oyunçu cəlb edib.

90deqiqe.Az xəbər verir ki, Gəncə təmsilçisi serbiyalı voleybolçu Militsa Vukoviçlə müqavilə imzalayıb.

Klubun yaydığı məlumata görə, təcrübəli oyunçu karyerası ərzində Serbiya və Portuqaliya çempionatlarında çıxış edərək zəngin təcrübə qazanıb.

Qeyd edək ki, Militsa Vukoviç son olaraq Azərbaycan çempionatında mübarizə aparan "Abşeron" komandasının formasını geyinib. Onun yeni mövsümdə "Gəncə"nin uğurları üçün çıxış edəcəyi bildirilib.

Transferin komandanın heyətinə əlavə güc qatacağı və qarşıdakı mövsümdə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacağı gözlənilir.







Offside