13 iyun 2026. Şənbə

AFFA liqalarda planlaşdırılan dəyişiklikləri klublarla müzakirə etdi


  • Offside
  • 17:51 12.06.2026
  • Oxunma sayı: 53
AFFA liqalarda planlaşdırılan dəyişiklikləri klublarla müzakirə etdi

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə 2026/2027 mövsümündə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

Bu barədə 90deqiqe.Az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov da iştirak edib.

AFFA-nın inzibati binasında baş tutan tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. 2026/2027 mövsümündə liqaların formatı, eləcə də növbəti mövsümlərdə yarışların təşkili və keçirilməsi ilə bağlı planlaşdırılan dəyişikliklər barədə tərəflərin rəyləri öyrənilib.

Müzakirələrin daha səmərəli baş tutması məqsədilə klubların akademiya direktorları və koordinatorları da dəvət olunub.







Offside