13 iyul 2026. Bazar ertəsi

Azərbaycan boksçuları Dünya Kubokunda mübarizəyə başlayırlar


  • Offside
  • 18:29 12.06.2026
  • Oxunma sayı: 88
Azərbaycan boksçuları Dünya Kubokunda mübarizəyə başlayırlar

Azərbaycan milli komandası iyunun 15-də Çinin Quyyan şəhərində start götürəcək boks üzrə Dünya Kubokunda qüvvəsini sınayacaq.

90deqiqe.Az xəbər verir ki, reytinq xarakteri daşıyan nüfuzlu yarış yeddi gün davam edəcək.

Kişilərdən ibarət yığmanın baş məşqçisi Ravşan Xocayev turnirdə Sübhan Məmmədov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqesə (90 kq) etimad göstərəcək.

Hazırda Qazaxıstanın Çimkənd şəhərində təlim-məşq toplanışında olan Azərbaycan boksçuları yarışın keçiriləcəyi Quyyana məhz bu ölkədən yollanacaqlar. Dünya Kubokunun püşkatma mərasimi isə iyunun 14-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu ilin əvvəlində Braziliyada keçirilən Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib. Yığmamız həmin turnirdə 3 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında ən yaxşı nəticələrdən birinə imza atmışdı.







Offside