- Offside
- 17:52 18.06.2026
Bakıda təşkil olunan çövkən üzrə II dünya çempionatında finalçılardan biri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, Binə Atçılıq Mərkəzində keçirilən yarımfinal görüşündə Azərbaycan millisi Uruqvay yığması ilə qarşılaşıb.
Matça üstün başlayan yığmamız rəqib qapısından üç cavabsız top keçirərək 3:0 hesablı inamlı qələbə qazanıb və adını turnirin finalına yazdırıb.
Yarımfinal mərhələsinin digər qarşılaşmasında isə Çili millisi Nigeriya yığmasını minimal hesabla – 1:0 məğlub edərək həlledici oyuna vəsiqə əldə edib.
Beləliklə, çövkən üzrə II dünya çempionatının çempionu finalda Azərbaycan və Çili komandaları arasında keçiriləcək qarşılaşmada müəyyənləşəcək. Azərbaycan millisi doğma azarkeşlər önündə dünya çempionluğu uğrunda mübarizə aparacaq.