- Offside
- 17:52 18.06.2026
Dünyanın 9-cu raketkası, ABŞ tennisçisi Teylor Frits Almaniyanın Ştutqart şəhərində keçirilən ATP-250 kateqoriyalı turnirin yarımfinalına vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, 1/4 final mərhələsində o, İtaliya təmsilçisi, reytinqdə 78-ci yerdə olan Mattia Belluççini 5:7, 7:5, 7:5 hesabı ilə məğlub edib.
Görüş 2 saat 25 dəqiqə davam edib.
Belluççinin hesabında isə 9 eys, 5 ikiqat səhv və 3 breyk şansından 1-nin istifadə olunması qeydə alınıb.
Ştutqart turnirinin finalına vəsiqə uğrunda Frits 11-ci raketka, Qazaxıstan tennisçisi Aleksandr Bubliklə qarşılaşacaq.