- Offside
- 21:50 14.06.2026
Bakıda keçirilən çövkən üzrə II dünya çempionatında final qarşılaşması baş tutub.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan milli komandası həlledici görüşdə Çili yığması ilə üz-üzə gəlib.
Meydan sahibləri finalda inamlı oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib və dünya çempionu adını qazanıb.
Bu nəticə ilə Azərbaycan çövkən millisi turniri qızıl medalla başa vuraraq dünya birincisi olub.
Yarışın üçüncü yer uğrunda görüşündə isə Uruqvay millisi Niger yığmasını 3:2 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.