15 iyun 2026. Bazar ertəsi

Nazim Babayev karyerasını başa vurub


  • Offside
  • 19:28 13.06.2026
  • Oxunma sayı: 28
Nazim Babayev karyerasını başa vurub

Azərbaycanın tanınmış atleti Nazim Babayev idman karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, 28 yaşlı idmançı uzun illər ərzində milli komandanın aparıcı üzvlərindən biri olub və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edib.

Nazim Babayevin ən böyük uğuru 2019-cu ildə üç təkanla tullanma növündə qazanılıb. O, həmin il Avropa çempionatının qızıl medalını əldə edərək Avropa birincisi adını qazanmışdı.

Federasiya atletə gələcək həyat və karyerasında uğurlar arzulayıb.







Offside