15 iyun 2026. Bazar ertəsi

Atletika üzrə Azərbaycan çempionatına yekun vuruldu


  • Offside
  • 19:31 13.06.2026
  • Oxunma sayı: 41
Atletika üzrə Azərbaycan çempionatına yekun vuruldu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən atletika üzrə Azərbaycan çempionatı başa çatıb.

90deqiqe.Az xəbər verir ki, iki gün davam edən yarışın sonuncu günündə müxtəlif növlər üzrə qaliblər müəyyənləşib.

200 metr məsafəyə qaçışda kişilərdə Novruz Əsədli, qadınlarda isə Səlma Ağabəyova Azərbaycan çempionu adını qazanıblar.

800 metr məsafədə Loğman İsrafilli və Gülçin Nağıyeva, 5000 metr qaçışda isə Əmrah Nağıyev və Natalya Vallek fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Uzunluğa tullanma yarışında Cabir Əliyev və Sofiya İsrafilova bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə ediblər.

Lövhə atma növündə İsmayıl Əliyev və Lalə Cəniyeva, çəkic atmada isə Rəhimə Bəylərova Azərbaycan çempionu olublar.

Beləliklə, ölkə çempionatı müxtəlif atletika növlərində gərgin və maraqlı mübarizə ilə yekunlaşıb.







Offside