15 iyun 2026. Bazar ertəsi

AOK-un 55-ci Baş Assambleyası başa çatıb


  • Offside
  • 22:01 13.06.2026
  • Oxunma sayı: 48
AOK-un 55-ci Baş Assambleyası başa çatıb

Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyası keçirilib.

90deqiqe.Az xəbər verir ki, üç gün davam edən tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil ediblər.

Assambleya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Konventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və üzv ölkələrin Milli Olimpiya Komitələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Tədbirin ilk günündə “İstanbul-2027” Avropa Oyunlarına hazırlıq, Milan–Kortina 2026 Qış Olimpiya Oyunları və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatları müzakirə olunub.

Baş Assambleya çərçivəsində “Ən yaxşı avropalı gənc atlet” adına verilən 14-cü “Pyotr Nurovski” mükafatının qalibləri elan olunub. Eyni zamanda Avropa Olimpiya Komitəsinin “Xidmətlərinə görə” ordeni bir sıra şəxslərə təqdim edilib.

İkinci gün “Olimpiya çələngi” mükafatının təqdim olunması ilə yadda qalıb. Həmçinin Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı, Linyano-Sabbiadoro-2027 XIX Yay Avropa Gənclər Olimpiya Festivalı, eləcə də Dünya Antidopinq Agentliyinin (WADA) tibb və antidopinq sahəsində hesabatları dinlənilib. 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunlarına dair təqdimat və müzakirələr də gündəmdə olub.

Baş Assambleyanın son günündə isə AOK-un növbəti – 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi təsdiqlənib.







Offside