- Offside
- 21:50 14.06.2026
Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələsində ilk yarış günü yekunlaşıb.
90deqiqe.Az xəbər verir ki, turnirdə çıxış edən Azərbaycanın kişi və qadın milli komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Kişilərdən ibarət yığma qrup mərhələsində Albaniyaya minimal fərqlə (20:21) məğlub olsa da, Malta (18:16) və San Marino (21:20) üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Qadınlardan ibarət milli komanda isə Kipri (16:10) və Maltanı (15:14) məğlub edərək yarımfinala adlayıb.
Sabah keçiriləcək yarımfinal görüşlərində kişi millimiz Kipr yığması ilə, qadın komandamız isə Kosovo seçməsi ilə qarşılaşacaq.