14 iyun 2026. Bazar günü

Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazandı


  • Offside
  • 22:44 13.06.2026
  • Oxunma sayı: 38
Azərbaycan avarçəkənləri Dünya Kubokunda bürünc medal qazandı

Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokuna yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, iyunun 12–14-də baş tutan yarışda Azərbaycan idmançıları uğurlu çıxışla yadda qalıblar.

Yüngül çəkidə iki nəfərlik qayıq yarışında ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medal qazanıblar.

Beləliklə, Ziya–Nurlan cütlüyü Dünya Kubokunu fəxri kürsüdə başa vuraraq Azərbaycanın aktivinə növbəti beynəlxalq uğuru yazdırıb.







Offside