- Offside
- 21:50 14.06.2026
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milli komandaları Avropa Liqasında növbəti görüşlərinə çıxıblar.
90deqiqe.Az xəbər verir ki, qadınlardan ibarət yığma Şimali Makedoniya seçməsi ilə qarşılaşıb.
İspaniyada təşkil olunan matçda millimiz inamlı oyun nümayiş etdirərək rəqibini 3:0 hesabı ilə məğlub edib.
Kişilərdən ibarət milli komanda isə Rumıniya yığması ilə üz-üzə gəlib. Görüş 0:3 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Beləliklə, voleybol millilərimiz Avropa Liqasında növbəti oyunlarını fərqli nəticələrlə başa vurublar.