14 iyun 2026. Bazar günü

Azərbaycan şahmatçıları yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaqlar


  • Offside
  • 12:05 14.06.2026
  • Oxunma sayı: 76
Azərbaycan şahmatçıları yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaqlar

İtaliyanın Montesilvano şəhəri yeniyetmələr arasında şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək.

90deqiqe.Az xəbər verir ki, 14, 16 və 18 yaş kateqoriyaları üzrə təşkil olunacaq mötəbər yarışda dünyanın 86 ölkəsindən şahmatçılar mübarizə aparacaqlar.

Azərbaycan millisi dünya çempionatında məşqçi Fərid Abbasovun rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdi yer alıblar.

Turnirin ilk turunun görüşləri sabah keçiriləcək. Azərbaycan təmsilçiləri müxtəlif yaş qruplarında yüksək nəticələr uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yeniyetmələr arasında şahmat üzrə dünya çempionatına iyunun 26-da yekun vurulacaq.







Offside