- Offside
- 21:50 14.06.2026
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində növbəti uğura imza atıb.
90deqiqe.Az xəbər verir ki, yığmamız yarımfinal mərhələsində Kosovo millisi ilə qarşılaşıb.
Matç Azərbaycan komandasının tam üstünlüyü şəraitində keçib. Basketbolçularımız rəqibə heç bir şans verməyərək 21:5 hesablı inamlı qələbə qazanıblar.
Bu nəticə ilə Azərbaycan millisi Avropa Kubokunun seçmə mərhələsinin finalına vəsiqə əldə edib.
Yığmamız həlledici görüşdə İrlandiya və Kipr komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz turnir ərzində nümayiş etdirdiyi uğurlu çıxışla Avropa Kubokuna vəsiqə qazanmaq yolunda mühüm addım atıb.