- Offside
- 21:50 14.06.2026
Özbəkistanda keçirilən ənənəvi beynəlxalq şahmat turniri "UzChess Cup"da Azərbaycan şahmatçısı Məhəmməd Muradlı növbəti uğuruna imza atıb.
90deqiqe.Az xəbər verir ki, yarışın "Challenge" bölməsində çıxış edən Azərbaycan çempionu son turdan əvvəl birinci yeri təmin edib.
Məhəmməd Muradlı keçirdiyi 7 görüşün hamısında qələbə qazanaraq maksimum nəticə göstərib və aktivinə 7 xal yazdırıb. Bu göstərici ona turnirin vaxtından əvvəl qalibi olmaq imkanı verib.
Şahmatçımız son turda Özbəkistan təmsilçisi Caxongir Vaxidovla qarşılaşacaq. Lakin bu oyunun nəticəsindən asılı olmayaraq, Muradlı lider mövqeyini qoruyacaq və yarışı birinci pillədə başa vuracaq.
Beləliklə, Azərbaycan şahmatçısı nüfuzlu beynəlxalq turnirdə inamlı çıxışı ilə çempionluq titulunu vaxtından əvvəl rəsmiləşdirib.