15 iyun 2026. Bazar ertəsi

"Bu, kədərli mənzərə idi"


  • Offside
  • 12:43 15.06.2026
  • Oxunma sayı: 34
"Bu, kədərli mənzərə idi"

UFC-nin sabiq iki çəki dərəcəsi üzrə çempionu Konor Makqreqor İliya Topuriyanın Castin Qeyciyə məğlub olmasını şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, irlandiyalı döyüşçü sosial şəbəkədə paylaşdığı fikirlərdə ispaniyalı-gürcü idmançının məğlubiyyətinə baxmayaraq hörmət qazandığını vurğulayıb.

"Özü təslim oldu. Bunu görmək kədərli idi. Amma buna baxmayaraq, hörmət qazandı, hərçənd müəyyən məyusluq da qaldı. Bu qədər ağır döyüşdən sonra daha da güclənəcək", - deyə Makqreqor bildirib.

Xatırladaq ki, Topuriya iyunun 15-də ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evin yaxınlığında keçirilən UFC Freedom 250 turnirində amerikalı Castin Qeyci ilə üz-üzə gəlib. Qarşılaşma Geycinin texniki nokautla qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra İliya Topuriyanın MMA karyerasındakı göstəricisi 17 qələbə və 1 məğlubiyyətə çatıb. Castin Qeycinin hesabında isə 28 qələbə və 5 məğlubiyyət var.







Offside

"Bu, kədərli mənzərə idi"
  • Offside
  • 12:43 15.06.2026
"Bu, kədərli mənzərə idi"