15 iyun 2026. Bazar ertəsi

Boqdan Kurudz Avropa çempionatında ikinci qızıl medalını qazandı


  • Offside
  • 13:33 15.06.2026
  • Oxunma sayı: 38
Boqdan Kurudz Avropa çempionatında ikinci qızıl medalını qazandı

Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti uğurlu nəticəyə imza atıb.

90deqiqe.Az xəbər verir ki, 35–39 yaş kateqoriyasında mübarizə aparan idmançı birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb.

Boqdan Kurudz finiş xəttini birinci keçərək Avropa çempionu adını qazanıb və Azərbaycanın medal hesabını daha da zənginləşdirib.

Qeyd edək ki, bu, təcrübəli kanoeçinin Montemor-u-Velyuda keçirilən qitə çempionatında qazandığı ikinci qızıl medal olub. O, iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olmuşdu.

Beləliklə, Boqdan Kurudz Avropa çempionatını iki qızıl medalla başa vuraraq Azərbaycan idmanının növbəti uğuruna imza atıb.







Offside

"Bu, kədərli mənzərə idi"
  • Offside
  • 12:43 15.06.2026
"Bu, kədərli mənzərə idi"