- Offside
- 20:52 15.06.2026
Honq Konqda rapid və blits şahmat növləri üzrə komandalar arasında dünya çempionatı keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, iyunun 17-dən 22-dək davam edəcək mötəbər yarışda Azərbaycan “Odlar Yurdu” komandası ilə təmsil olunacaq.
Dünya çempionatında iştirak edəcək komandanın heyətinə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov daxil edilib. Təcrübəli qrossmeyster Rauf Məmmədov komandanın kapitanı funksiyasını yerinə yetirəcək.
Yarışda Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova da məsul vəzifədə təmsil olunacaq. O, dünya çempionatında baş hakimin müavini kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, turnirin qaydalarına əsasən, hər komandanın heyətində 5 kişi şahmatçı, 1 qadın şahmatçı və 1 həvəskar oyunçu yer almalıdır.
Dünyanın aparıcı şahmatçılarının qatılacağı yarışda “Odlar Yurdu” komandası yüksək nəticələr uğrunda mübarizə aparacaq.