15 iyun 2026. Bazar ertəsi

Rusiyalı tennisçi Berlində ilk turda məğlub oldu


  • Offside
  • 20:52 15.06.2026
  • Oxunma sayı: 31
Rusiyalı tennisçi Berlində ilk turda məğlub oldu

Rusiyalı tennisçi Diana Şnayder Berlində keçirilən WTA-500 kateqoriyalı turnirin ilk turunda mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, 16-cı raketka çexiyalı Nikola Bartunçkova ilə qarşılaşıb. Görüş 2:6, 7:6, 3:6 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Matç ərzində Şnayder 2 eys, 4 ikiqat səhv edib və 8 breyk-punktdan 4-ünü reallaşdırıb. Bartunçkova isə 6 eysə imza atıb, 6 ikiqat səhv edib və 15 breyk imkanından 7-ni dəyərləndirib.

Qeyd edək ki, hazırda Şnayder dünya reytinqində 16-cı, Bartunçkova isə 62-ci pillədə qərarlaşıb.

Çexiyalı tennisçi növbəti mərhələdə Elise Mertens – Lyudmila Samsonova cütünün qalibi ilə qarşılaşacaq.







Offside