16 iyun 2026. Çərşənbə axşamı

“Belə bir şey gözləmirdim”


  • Offside
  • 23:26 15.06.2026
  • Oxunma sayı: 36
“Belə bir şey gözləmirdim”

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç ABŞ-da keçirilən "UFC White House — Freedom 250" turniri barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, Vaşinqtonda baş tutan yarışdan sonra məşhur futbolçu tədbirdən böyük təəssüratla ayrıldığını bildirib.

“Özümü möhtəşəm hiss edirəm. Açığı, belə bir şey gözləmirdim, bu, sadəcə inanılmaz idi”, - deyə İbrahimoviç UFC mətbuat xidmətinə açıqlamasında qeyd edib.

Qeyd edək ki, turnirin əsas döyüşündə ispaniyalı-gürcü döyüşçü İliya Topuriya ilə amerikalı Castin Qetji qarşılaşıb. Yüngül çəki dərəcəsində (70 kq-a qədər) baş tutan titul döyüşü Qetjinin texniki nokautla qələbəsi ilə yekunlaşıb.







Offside