16 iyun 2026. Çərşənbə axşamı

“Nyu-York Niks” 53 ildən sonra NBA çempionu oldu


  • Offside
  • 01:14 16.06.2026
  • Oxunma sayı: 45
“Nyu-York Niks” 53 ildən sonra NBA çempionu oldu

NBA pley-off final seriyasının beşinci oyununda “Nyu-York Niks” səfərdə “San Antonio Spurs” üzərində 94:90 hesablı qələbə qazanaraq seriyada ümumi üstünlüyü 4:1 edib və çempionluğa yüksəlib.

90deqiqe.Az xəbər verir ki, həlledici qarşılaşma “Frost Bank Center” arenasında baş tutub. Oyunun əsas qəhrəmanı Ceylen Branson olub. O, 45 xal, 3 ribaund, 3 məhsuldar ötürmə və 2 topalma ilə komandasının qələbəsində böyük pay sahibi olub.

Mikal Bridzis 14, Coş Hart isə 13 xalla Nyu-York təmsilçisinin qələbəsinə töhfə veriblər.

Final seriyası üzrə orta hesabla 32,6 xal, 4,6 məhsuldar ötürmə, 4,2 ribaund və 2 topalma göstəriciləri ilə çıxış edən Branson seriyanın ən dəyərli oyunçusu seçilib.

Beləliklə, “Niks” 1970 və 1973-cü illərdən sonra üçüncü dəfə NBA çempionu adını qazanaraq 53 illik həsrətə son qoyub.

“Spurs”da isə Dylan Harper 25 xal, 5 ribaund, Viktor Vembanyama isə 19 xal, 14 ribaund və 5 blokla yadda qalsa da, bu performans məğlubiyyətin qarşısını almağa kifayət etməyib.







Offside