16 iyun 2026. Çərşənbə axşamı

AFFA-da futbol akademiyaları ilə 5 ulduz modeli müzakirə olunub


  • Offside
  • 13:16 16.06.2026
  • Oxunma sayı: 37
AFFA-da futbol akademiyaları ilə 5 ulduz modeli müzakirə olunub

AFFA-nın inzibati binasında futbol akademiyalarının nümayəndələrinin iştirakı ilə 5 ulduz sertifikatlaşdırma modelinin ilkin müzakirə görüşü keçirilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Görüşdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov və digər əməkdaşlar iştirak ediblər.

Tədbir zamanı modelin minimum tələbləri, performans göstəriciləri, məqsədi, qiymətləndirmə metodologiyası və ulduz səviyyələrinin müəyyənləşdirilməsi qaydaları iştirakçılara təqdim olunub. Akademiya nümayəndələri sənədin ayrı-ayrı müddəaları ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

Bildirilib ki, 5 ulduz sertifikatlaşdırma modeli futbol akademiyalarının fəaliyyətinin vahid standartlar əsasında qiymətləndirilməsini, keyfiyyət göstəricilərinin artırılmasını və davamlı inkişaf mühitinin formalaşdırılmasını hədəfləyir.

Müzakirələr zamanı səsləndirilən təkliflərin sənədin yekunlaşdırılması prosesində nəzərə alınacağı qeyd olunub.

AFFA-nın hədəfi bu model vasitəsilə struktur, idarəetmə, təlim-məşq prosesi, oyunçu inkişafı və infrastruktur sahələrində keyfiyyət standartlarının yüksəldilməsinə və akademiyalara dəstək mexanizmlərinin gücləndirilməsinə nail olmaqdır.







Offside