16 iyun 2026. Çərşənbə axşamı

Bakıda kamandan oxatma üzrə şəhər kubokunun II mərhələsi keçiriləcək


  • Offside
  • 14:39 16.06.2026
  • Oxunma sayı: 45
Bakıda kamandan oxatma üzrə şəhər kubokunun II mərhələsi keçiriləcək

Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun II mərhələsi keçiriləcək.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından bildirilib.

Oxatanlar iki kateqoriya üzrə hədəf qarşısına keçərək kubok uğrunda mübarizə aparacaqlar. Reqlamentə əsasən, U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədən hədəfi nişan alacaqlar.

İyunun 26-da oxatanların sınaq və hazırlıq atışları, həmçinin U-15 kateqoriyası üzrə əsas yarışlar təşkil olunacaq. İyunun 27-də böyüklər kateqoriyasında çıxış edən idmançıların əsas yarış mərhələləri reallaşacaq.

Turnirin sonuncu günündə, yəni iyunun 28-də isə qaliblərin adlarını müəyyən edəcək həlledici final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək.

Olimpiya sistemi əsasında təşkil olunacaq qarşılaşmalarda fərqlənən idmançılar müvafiq dərəcəli diplom və medallarla təltif ediləcəklər.

Qeyd edək ki, yarış iyunun 26–28-də Hövsan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.







Offside