16 iyun 2026. Çərşənbə axşamı

Azərbaycanda ilk dəfə “Queen & King of the Court Mixed” turniri keçiriləcək


  • Offside
  • 14:56 16.06.2026
  • Oxunma sayı: 40
Azərbaycanda ilk dəfə “Queen & King of the Court Mixed” turniri keçiriləcək

Azərbaycanda çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri ilk dəfə təşkil olunacaq.

90deqiqe.Az xəbər verir ki, iyunun 20-də Bakı Su İdmanı Sarayında keçiriləcək yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak edəcəklər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində populyarlıq qazanan “Queen & King of the Court” formatı çimərlik voleybolunun ən dinamik və izlənilən yarış sistemlərindən biri hesab olunur. Bu format üzrə yarış Azərbaycanda ilk dəfə bu ilin mayın 23-də təşkil edilib.

Bu dəfə turnir qarışıq formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.







Offside